İtalyan müsəlman könüllü ölümlə təhdid edildi

İtalyan müsəlman könüllü ölümlə təhdid edildi

Türkiyə kəşfiyyatının Afrikada xilas etdiyi və sonradan müsəlman olan İtaliya vətəndaşı Silvia Romano sosial şəbəkə vasitəsi ilə bir çox təhdid aldığını açıqlayıb.

 
Maide.Az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, 18 ay əsirlikdən sonra xilas edilmiş və ölkəsinə gətirilən Romanoya edilən təhdidlər İslamı seçməsi ilə əlaqəlidir. Təhdid edənlərdən biri Asolo şəhərinin bələdiyyə məclis üzvü Niko Bassodur. O, facebook hesabından "Asın" yazıb, amma sonra statusu silib.
 
Milan Prokurorluğunun ölüm təhdidlərinə qədər çatan nifrət şərhləri ilə əlaqədar istintaq başladıb.
 
Xəbərlərdə, Milan Polisinin Romanonun evinin yerləşdiyi küçədə geniş təhlükəsizlik tədbirləri gördüyü qeyd edilir.
 
"Afrika Milele" sosial yardım təşkilatının könüllüsü kimi getdiyi Keniyada 20 noyabr 2018-ci il tarixində qaçırılan Silvia Romano 18 aylıq əsirlikdən sonra Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat sayəsində xilas edilib.
 

Google+ WhatsApp ok.ru