Tanınmış 18 yazarın hekayəsi kitab şəklində ingilis dilində nəşr edilib

Jurnalist Ekspert Mərkəzi Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" adlı 4 aylıq layihə çərçivəsində hazırladığı ingilis dilində kitab nəşr edib.
 
Tanınmış 18 yazarın hekayəsi toplanan kitabın üzərində 7 tərcüməçi işləyib. Mətnləri isə amerikalı mütəxəssis Phobe Lavri redaktə edib. Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib ki, kitab Qeyri-Hökumət Təşkilatları əməkdaşları tərəfindən əcnəbi jurnalistlərə pulsuz paylanacaq. Layihənin məqsədi xarici oxucunun Azərbaycanda ədəbi mühit olduğunu bilməsi və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını göstərməkdir.

Google+ WhatsApp ok.ru