Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşündə yaşanan o gözəl anları lentə almaq üçün film çəkilişlərinə başlayır. 
 
Maide.Az beynəlxalq  KİV-lərə istinadən xəbər verir ki,  Əhli-Beyt (ə) aşiqlərinin  Kərbəlaya izdihamlı piyada yürüşü haqqında film çəkməyi planlaşdıran Amerikalı kinorejissor  Katrin  Bigelov (Kathryn Ann Bigelow)  ötən gün İraqın Bəsrə şəhərinə səfər edib.
 
K.Bigelovun çəkəcəyi film   “Böyük Ərbəin” adlanır.  Film haqqında ətraflı məlumat verilməyib. 
 
Qeyd edək ki, artıb  bir neçə gündür ki, İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb. 
 
Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır.
 
Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.
 

Google+ WhatsApp ok.ru