Tanınmış futbolçu İslamı öyrənməyə qərar verdi, futboldan uzaqlaşdı

Tanınmış futbolçu İslamı öyrənməyə qərar verdi, futboldan uzaqlaşdı

 
İngiltərənin "Championship" liqasında çıxış edən "Sheffield Wednesday"də forma geyinən Ceremi Elan, dininə daha çox vaxt ayırmaq üçün futbolla vidalaşıb.
 
Maide.Az  xəbər verir ki,  İngiltərə mətbuatında yer alan məlumata görə, bu mövsüm bir dəfə meydana çıxan 24 yaşlı müsəlman futbolçu İslama daha çox vaxt ayırmaq istədiyini və mövsümün sonunda futbol karyerasını son qoyacağını bildirib. 
 
"Sheffield Wednesday" klubu ilə 146 oyuna çıxan Elan, 4 dəfə rəqib qapısına qol vurb. Fransada doğulan və 3 dəfə Fransanın 19 yaşlılardan ibarət milli komandasında forma geyinib. 
 
24 yaşlı idmançı yaxın vaxtlarda  Məkkə və Mədinəni ziyarət etməyi planlaşdırır.

Google+ WhatsApp ok.ru