Tanınmış müctəhidlər Şeyx Nimrin edamını pisləyiblər

Səudiyyədə Əhli-beyt (ə) alimi Ayətullah Şeyx Baqir ən-Nimrin edamından sonra aparıcı mərceyi-təqlid alimləri bu edamı pisləyən bəyanatlarla çıxış edib.
Maide.az xəbər verir ki, Ayətullah Hüseyn Nuri Həmədani Şeyx Nimrin edam edilməsini pisləyərək deyib ki, bu faciəyə şiə və sünni birlikdə  reaksiya verməlidir. 
Ayətullah Nuri Həmədani bir çox ölkələrin və beynəlxaq təşkilatların Ərəbistandan Şeyx Nimrin edam edilməməsini istədiyinə toxunaraq bildirib ki, Şeyx Nimrin edam edilməsi dünya müsəlmanlarına etinasızlıqdır. 
Ayətullah Nuri Həmədani deyib ki,  Səudiyyə Ərəbistanı azğın məzhəbə malikdir və onlar İŞİD və Boko Haram kimi terrorçu və təkfirçi qruplaşmaları dəstəkləyərək islamı bədnam etməyə və islamı sərtlik dini kimi göstərməyə çalışırlar. Halbuki islam peyğəmbəri rəhmət peyğəmbəridir.
Ayətullah Cəfər Sübhani də deyib: Şeyx Nimr yalnız ədalət və təqvanı tələb edirdi və bir ailənin özbaşınalığının qarşısının alınmasını istəyirdi. Bu ailə ölkəni öz adına qeydiyyata salıb və vətəndaşların səsinə hörmət bəsləmədən istədikləri hər bir işi edir.
Bu təqlid mərcəyi Şeyx Nimrin yalnız  Ərəbistanda ədalətin hakim olmasını istədiyini bəyan edərək bildirib: Ərəbistanın şərq bölgəsi məzlum olan şiələrdir. Şeyx Nimrin sözü bu idi ki, Ərəbistan şiələrinin məhrumluğu aradan qaldırılmalıdır.
Ayətullah Safi Gülpəyqani bildirib ki, Ali-Səud rejimi bununla öz sonunu yaxınlaşdırıb: "Ali-Səud bilməlidir ki, Əhli-beyt (ə) aliminin məzlumcasına axıdılan şəhadət qanı İslam dünyasında daha böyük oyanışa səbəb olacaq və onların çöküşünü yaxınlaşdıracaq".
Ayətullah Məkarim Şirazi bildirib ki, bu xəbər bütün İslam dünyasını dərin üzüntü və kədərə qərq edib. "Ayətullah Nimrin dəhşətli edam xəbəri bütün İslam dünyasını üzüntü və kədərə qərq etdi. Əgər indiyə qədər kimlərsə Səudiyyə rejiminin İslamı ləkələdiyinə dair tərəddüddə idisə, bu onlara ayılmaq üçün siqnaldır".
Təqlid mərcələrindən Ayətullah Abdulla Cavadi Amili də Şeyx Nimrin edam edilməsini pisləyib və bu mübariz ruhaninin edam olunması üzrə qərarın icra olunmasının Ali-Səud rejiminin süqutuna zəmin yaratdığını söyləyib. 
Ərəbistan Daxili İşlər Nazirliyi bu gün bəyanat verərək bu ölkənin tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edam olunması qərarının icra edildiyini bildirib./
 

 

Google+ WhatsApp ok.ru