Tanınmış Quran ustadı Əbülfəzl Əllami dünyasını dəyişib

Quran qarisi və müəllimi, eləcədə beynəlxalq dərəcəli Quran qiraəti hakimi Ustad “Əbülfəzl Əllami” dünən gecə 07 noyabrda vəfat edib.
 
Maide.az xəbər verir ki, bu Quran xadimi növbəti Quran dərsinin sonunda və axşam namazlarını qıldıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişib.
 
Bu tədqiqatçı-alimin və Qurani-Kərim araşdırmaçısının cənazəsi çərşənbə günü səhər İmam Həsən Əsgəri məscidindən Hz. Məsumə hərəminə doğru aparılaraq, daha sonra Şəhidlər Xiyabanında dəfn ediləcək.
 
Ustad “Əbülfəzl Əllami” 1958-ci ildə Qum vilayətində dünyaya göz açıb. O, 1980-cı ildə Qum Dini Elmlər Seminariyasına daxil olub və Ayətullah Məhfuzi kimi alimlərdən bəhrələnib. Tədqiqatçı tərəfindən çoxsaylı Quran əsərləri buraxılıb və o, İranda Quran təşkilatları və institutları ilə fəal əməkdaşlıq edib. Quran sahəsində araşdırmadan əlavə, o, Quran qiraəti, tarixi və elmləri və etiqad kitablarının yazılmasına da öz töhfəsini verib. /
 

Google+ WhatsApp ok.ru