Tanzaniyada İmam Hüseynə (ə) əzadarlıq;  Fərqli formada  – FOTO

Tanzaniyada İmam Hüseynə (ə) əzadarlıq; Fərqli formada – FOTO

Tanzaniya şiələri  Məhərrəm ayında  xüsusi mərasimlər təşkil edirlər və  əzadarlıqla yanaşı həmdə  məzhəblərini təbliğ edirlər. 
 
Maide.Az xəbər verir ki,  Tanzaniyada yaşayan şiələr məhərrəm ayında əzadarlıqla yanaşı hər tayfa  xüsusi və fərqli mərasimlər təşkil edir. Belə ki, Tanzaniyada əzadarlıq növündən biri budur ki, Peyğəmbərin (s)  hədislərini  nümayişgəranə şəkildə insanlara çatdırırlar.
 
Onlar  əllərində  Quran  və üzəri Əhli-Beyt (ə)  adları  ilə bəzədilmiş ələmlər götürərək xiyabanları gəzirlər. Bu yürüşləri ilə İmam Hüseynin (ə) haqq olduğunu insanlara çatdırırlar  və Peyğəmbərdən (s)  hədislər nəql edirlər. 
 
Tanzaniyadan olan Məhəmməd Abbas öz feysbuk səhifəsində aşağıdakı şəkili  yayımlayaraq Peyğəmbərin  (s) bu hədisini  nəql edib.” Mən sizin aranızda iki canişin (tərk edirəm) qoyub gedirəm.Göylə yer arsanında yaxud göydən yerə qədər çəkilmiş Allahın ipi olan Quran və mənim itrətim olan Əhli beyt.Onlar (Kövsər) hovuzun kənarında mənə gəlib çatana qədər bir birlərindən ayrılan deyillər.”
 
 
 

Google+ WhatsApp ok.ru