Tanınmış futbol klubu 3 il Avrokuboklardan uzaqlaşdırılıb

Tanınmış futbol klubu 3 il Avrokuboklardan uzaqlaşdırılıb

Serbiyanın tanınmış komandalarından “Partizan” ağır cəzaya məruz qalıb.
 
Belqrad təmsilçisi 3 il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
 
Bu barədə UEFA-dan açıqlama yayılıb. Bildirilib ki, “ağ-qaralar”ın son 5 ildə 3 dəfə borclarını ödəmədiyi, buna görə klubun 3 il müddətinə avrokuboklardan kənarlaşdırıldığı qeyd edilib.
 
Qeyd edək ki, “Partizan”ın ötən ilin sentyabrına kimi 2,5 milyon avro borcu olduğu vurğulanıb. (apa) /

Google+ WhatsApp ok.ru