Tanınmış məhkumların adı Əfv Komissiyasına verilib

Tanınmış məhkumların adı Əfv Komissiyasına verilib

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub.
Onların arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var.
 
N.Cəfəroğlu siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin olduğunu qeyd edib.
 

Google+ WhatsApp ok.ru