`Tariximizin dönüş nöqtəsi - 20 Yanvar` adlı tədbir keçirilib - FOTO

`Tariximizin dönüş nöqtəsi - 20 Yanvar` adlı tədbir keçirilib - FOTO

-- Tədbirdə çıxış edənlər qeyd ediblər ki..

Qanlı Yanvar faciəsinə həsr olunmuş "Tariximizin dönüş nöqtəsi - 20 Yanvar" mövzusunda  tədbir keçirilib
 
Maide.Az xəbər verir ki, "Qələm" Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda  Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda yazıçılar, şairlər, elm xadimləri, siyasi partiya və ictimai təşkilat rəhbərləri iştirak ediblər.
 
Konfrans müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb.  Daha sonra Azərbaycan himni səsləndirilib.
 
Konfransı giriş sözü ilə açan “Qələm” yazarlar birliyinin  sədri Qurban Cəbrail  20 yanvar hadisəsi ilə məlumat verərək, bunu müstəqillik tariximizin baçlanğıc nöqtəsi adlandırırb.
 
Tədbirdə çıxış edən  AİP sədr əvəzi hacı İlham Əliyev  islam mənbələrində ən əsas mətləblərdən birinin Vətənə sevgi olduğunu qeyd edib: “Hər birimizin bildiyi “Vətəni sevmək imandandır” hədisi bunun əsas göstəricisidir. Eyni zamanda İslam mənbələrində vətən sevgisi və insan varlığı mpvcuddur. Amma məqam gələndə ki, bunlardan birindən kçməlisən. İslam insana Vətəni qorumaq üçün canıından belə keçməyi aşılayır. İnsanın özünü Vətənə fəda etməsi buyurulur. Əgər insan vətən yolunda canından keçirsə şəhid hesab edilir. Bu isə ən yüksək məqamdır. Çünki Allah digər əməlləri qiymətləndirmək istəyəndə onu ən yüksək meyar olan şəhidin qanı ilə müqaisə edir.”
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı 20 Yanvar faciəsinin tariximizin qan yaddaşında saxlanılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, 20 Yanvar Azərbaycan xalqının və dövlətinin tarixində baş verən böyük hadisələrdən biridir: “Biz imperiya qoşunlarının Bakıya daxil olmasını istəmədiyimiz üçün barrikadalar qurmuşduq. Bunun düz yaxud səhv olduğu müzakirə mövzusu olmamalıdır. Biz öz haqqımızı qorumaq hüququndan istifadə etmişik və düz mövqedə olmuşuq. Azərbaycan və digər MDB ölkələrində belə hərəkatlar olmasa idi, imperiya bəlkə də yaşayacaqdı. Millətçilər və imanlı insanlar imperiyaya qarşı çıxdılar. Məhz həmin insanlar da birləşərək Qarabağı işğaldan azad edə bilərlər”.
 
Konfransda çıxış edən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, 20 Yanvarın Xocalı faciəsi kimi heç zaman unudulmayacağını və bu yaranın qaysaq bağlamayacağını dilə gətirib. O, bildirib ki, 20 Yanvar faciəsi ilə qürur duymalıyıq. Çünki bu hadisə tariximizin dönüş nöqtəsidir. Eldəniz Quliyev əlavə edib ki, öz mənəviyyatımızı, dinimizi, əxlaqımızı qorumasaq, bu cür faciələr qaçılmaz olacaq.
 
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət hərəkatının rəhbəri Rövşən Əhmədli də mövzu ətrafında önəmli fikirlər səsləndirib. O, bildirib ki, 28 ildir içimizdə düşmən axtararaq, məsələnin mahiyyətini kənara çəkmək istəyirik: “ əhidliyi öyrədən məktəbi əvvəldən tanısaydıq şəhid sözünü dərk edərdik. Gözümüzü açandan şəhadətin nə olduğunu və bu məktəbin hardan gəldiyini bizə izah etdilər. 20 Yanvar millətindən, dinindən asılı olmayaraq bütün xalqların şərəf imtahanı idi. Azərbaycan xalqı bu şərəf imtahanından üzüağ çıxdı. Çünki o zaman, xalq hələ özündən zərbə yeyib, namaz qıldığı üçün, ziyalını müdafiə etdiyi üçün təzyiqə məruz qalmamışdı. Haqq sözünü deyən kifayət qədər insan var idi. Bu gün isə tam əksini müşahidə edirik. Millət bir ideya ətrafında birləşərək azad olmalıdır”.
 
Konfransda söz alan AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışına Peyğəmbərdən (s.ə) olan hədislə başlayıb: “Hər kəs özünü tanıyarsa, şübhəsiz ki Rəbbini də tanıyacaq. Yəni ilk növbədə insan kim olduğunu, hardan gəldiyini və son dönəcəyi yerin hara olacağını dərk etməlidir. Biz müsəlman Azərbaycan xalqı olaraq daima Allaha ibadət edib, vətənpərvər olub, namərdə baş əyməmişik. 20 Yanvar hadisələri bunun bariz nümunəsidir. “
 
Ağ partiyanın sədri Tural Abbaslı çıxışında bildirib ki, heç bir millət azadlığı qansız, itkisiz əldə etmir. 20 Yanvar matəm və ağlaşma günü kimi yadda qalmamalıdır. Hakimiyyət buna çalışır. Çünki hakimiyyətə əzmkar, əliyalın tankın qarşısına çıxa bilən xalq lazım deyil. Lakin biz bu günü matəm yox, qəhrəmanlıq günü kimi yad etməliyik.
 
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 yanvar hadisəsi  tarxin dönüş  nöqtəsi olub. Bu hadisədən sonra  Azərbaycan müstəqillik yolunda mübarizəsini daha da genişləndirib. Tədbir digər şəxslərin mövzu ətrafında fikirlərinin bölüşməsi ilə davam etdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru