Tasua gününün əməlləri 28 Avqust 2020 16:37 Məhərrəmlik Maide.Az Tasua gününün (Tasua günü (9 məhərrəm – 29 avqust), Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməllərini təqdim edir: 1. Namazlar * Gecənin sonunda 4 rükət namaz. Hər rükətdə "Həmd"dən sonra "Ayətül-kürsü", "İxlas", "Fələq" və "Nas" surələrinin hər birini 10 dəfə oxumaq. * Əmirəlmöminin Əlinin (ə) namazı, 4 rükət (2 dəfə sübh namazı kimi). Hər rükətdə Həmddən sonra 50 dəfə İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbər (s) və Əhli beytinə (ə) çoxlu salavat, onların düşmənlərinə isə lənət de . * 100 rükət namaz (yəni sübh namazı kimi 50 namaz) . Hər rükətdə "Həmd"dən sonra "İxlas" surəsini 3 dəfə oxu. [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah.] 100 rükəti qılıb qurtarandan sonra 70 dəfə de: Subhanəllah, vəlhəmdu lillah, vəla ilahə illəllahu vəllahu-əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyyil əzim. 2. İmam Hüseynin (ə) qəbri kənarında əhya saxlamaq. 3. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq). Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa, Allah-Taalaya bütün mələklərin ibadətini etmiş olar." 4. Dua, ibadət və istiğfar etmək. Teqlər : #Tasua,#gününün,#əməlləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhərrəmin 9-cu gecəsi – Qardaşım, Abbas! Susuzlar üçün su gətir! Məhərrəm ayının 9-cu günü – ‘Tasua’