Tatarıstanda açıq şəkildə spirtli içkilərin satışına qadağa

Tatarıstan mağazalarında alıcıların göz önündən spirtli içkiləri gizlədiləcək və spirtli içkilərin açıq şəkildə satışı qadağan olunacaq.
Maide.az-ın məlumatına görə, Dövlət Dumasının millət vəkilləri spirtli içkilərin alıcıların göz önündən yığışdırılması haqqında qanun layihəsini müzakirəyə çıxaracaq.
Millət vəkilləri hesab edirlər ki, spirtli içkilərin digər qida məmulatları ilə bərabər satılması, uşaqlarda içkiyə qarşı müsbət fikir oyada bilər.
" Alkaqol beyini qıcıqlandırır. Alıcı çörək almağa gələrkən  içki ilə rastlaşır və onu da alır" - deyə millət vəkili Yaroslav Nilov bildirib.//

Google+ WhatsApp ok.ru