Tatarstanda İslam Bankçılığı Mərkəzi fəaliyyətə başladı

Rusiyanın tərkibində olan Tatarstan Respublikasında İslam Bankçılığı Mərkəzi fəaliyyətə başlayıb.
 
Deyerler.Org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, sözügedən mərkəzin açılışında Tatarstan Respublikasının prezidenti Rüstəm Minixanov da iştirak edib. Eyni zamanda, açılış mərasiminə Rusiyanın Mərkəzi Bankının sədrinin birinci müavini Aleksey Simanovski də qatılıb. Məhz Tatarstan bu pilot layihəsinin hayata keçirilməsi üçün seçilib. Bu mərkəz xarici sərmayədarlarla əməkdaşlıq edəcək./
 

Google+ WhatsApp ok.ru