Tatarıstanda nazir müavini ev məhbusluğunda ölüb

Tatarıstanda nazir müavini ev məhbusluğunda ölüb

-- O maliyyə fırıldağı və səlahiyyətlərini aşmada ittiham olunurdu

Tatarıstanın ev məhbusluğunda olan keçmiş səhiyyə rəsmisi vəfat edib.
 
Tatarıstan Səhiyyə Nazirliyinin fevralın 8-də yaydığı bəyanatda keçmiş nazir müavini Yelena Şişmaryovanın vəfatı xəbəri təsdiq edilir.
 
Tatarıstanın səhiyyə naziri Adel Vafin deyib ki, “bu hadisə bizim üçün real bir faciə, yüksək səviyyəli peşəkarın itkisidir”.
 
Hüquq-mühafizə orqanlarına istinad edən bir sira medialar 52 yaşlı Şişmaryovanın fevralın 7-də vəfat etdiyini yazır.
 
Şişmaryova fevralın 3-də ona qarşı maliyyə fırıldağı və səlahiyyətlərini aşma ittihamları irəli sürüldükdən sonra ev məhbusu idi.
 
Hazırda onun ölümünün səbəbləri araşdırlır. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru