Taylandda buddist rahiblər həbs edilib

Taylandda buddist rahiblər həbs edilib

-- 95 rahib müxtəlif cinayətlər törətməkdə təqsirləndirilir

Tailandın müxtəlif şəhərlərində 95 nəfər buddist rahib həbs edilib.
 
Maide.Az IQNA-ya istinadən xəbər verir ki, həbs edilən buddist rahiblər ölkədə müxtəlif cinayətlərin təşkili və həyata keçirilməsində təqsirləndirilir.
 
Xəbərdə deyilir ki, Tailand polisi keçirdiyi əməliyyat zamanı ölkənin müxtəlif məbəd və monastırlarında 95 rahibi həbs edib. Bu rahib və manaxlar müxtəlif ictimai və fərdi cinayətlərin, o cümlədən siyasi işlərə qarışmaq, qeyri-əxlaqi əlaqələr, iqtisadi fəsadlar və rüşvətxorluq kimi hallara görə həbs ediliblər.
 
Bundan öncə də Manaxların və Buddist Rahibkərin İşləri Təşkilatı dövlət tərəfindən tapşırıq almışdı ki, monastıra yeni adamların qəbulunda diqqətli olsunlar və qəbul üçün çətin şərtlər ortaya qoysunlar ki, bu müqəddəs məkan nalayiq adamların əli ilə cəmiyyətdəki nüfuz və hörmətini itirməsin.
 

Google+ WhatsApp ok.ru