Tayland məktəblərində hicaba icazə verildi

Tayland məktəblərində hicaba icazə verildi

Taylandın cənubunda yerləşən Sungla vilayət məhkəməsi  müsəlman şagirdlərin məktəbdə hicabla dərslərdə iştirak etməsinə icazə verib. 
 
Maide.Az “The Nation” qəzetinin internet səhifəsinə istinadən xəbər verirki,  Sungla vilayətində məktəblərin birində hicaba qarşı tətbiq olunmuş qadağanın ardınca, valideynlər  məhkəməyə şikayət etmişdi. 
 
Məhkəmə valideynlərin şikayətinə baxaraq, şagirdlərin hicabla dərslərdə iştirak etməsinə icazə verib. 
 
Qeyd edək ki, bir müddət öncədən Taylandın  Sungla bölgəsində müsəlman şagirdlərin  hicabla dərsə getməsi məsələsi ilə bağlı problem yaşanırdı və artıq öz həllini tapıb.  
 
Tayland Hind-Çin yarımadasında yerləşir. Taylandın 66 milyon nəfər əhalisi var. Əhalisinin 5 faizini müsəlmanlar təşkil edir.  Müsəlmanlar əsasən ölkənin cənub bölgəsində yaşayırlar.

Google+ WhatsApp ok.ru