Tayvan Milli Muzey Sarayında namazxana açılıb

Tayvan Milli Muzey Sarayında namazxana açılıb

-- xarici turist sayını artırmaq üçün

Tayvan Milli Muzey Sarayı rəsmiləri xarici turist sayını artırmaq və fərqli mədəniyyətlərdən turistlər üçün səmimi bir mühit yaratmaq üçün burada bir namazxana açıb.
 
Mide.Az bildirir ki, IQNA-nın məlumatına görə, bu namazxana Tayvan muzeyləri arasında bənzərsizdir. Namazxanada bir neçə cild Quran və canamaz yerləşdirilmişdir.
 
Tayvan Milli Muzey Sarayının direktoru Li Çinq-hui (Lee Ching-hwi) "Bu namazxananın açılışı muzeydəki mədəni bərabərliyin gücləndirilməsinə yönəlmiş bir addımdır. Muzeyə bütün irq və mədəniyyətlər üçün eyni əlaqə təmin edir",- deyib.
 
Li Çinq-hui namazxananın müsəlman turistlər üçün rahat bir atmosfer yaratması və muzeyi ziyarət üçün daha çox turist cəlb etməsindən ümidvar olduğunu dilə gətirib.
 
Muzey həmçinin namazxanadan başqa, İslamı qeyri-müsəlmanlara tanıtmaq üçün bukletlər təqdim edir.
 
Milli Muzey Sarayı (National Palace Museum) qədim Çindən təxminən 700 min tarixi əsəri kolleksiyasına malikdir. Tayvanın Taypey şəhərində yerləşir. Bu muzey əsərlərin növü və çeşidi baxımından dünyanın ən böyük və bənzərsiz muzeylərindən biridir.
 

Google+ WhatsApp ok.ru