Tayvandakı zəlzələdə ölənlərin sayı 94 oldu

Fevralın 6-da Tayvanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 94 nəfərə çatıb. Maide.az-ın "Anadolu" agentliyinə istinnadən verdiyi məlumata görə, 28 nəfər itkin düşmüş sayılır.
 
Qeyd edək ki, bu vaxtadək ölənlərin 55 nəfər olduğu bildirilirdi.Ölənlərin əksəriyyətinin meyiti Taynan şəhərində uçmuş 17 mərtəbəli binanın dağıntıları altından tapılıb. İlkin ehtimallara görə, bina tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunması səbəbindən uçub. Artıq binanı inşa edən şirkətin nümayəndələri həbs olunub.
 
Bu arada, zəlzələdə böyük can itkisi və maddi ziyanın yaşandığı Tainan şəhərində keçirilən anma mərasimində Tayvan lideri Ma Ing-jeou və keçən ay keçirilən parlament seçkilərindən qələbə ilə ayrılaraq mayda liderlik vəzifəsini təhvil alacaq Tsai Ing-wen da iştirak edib.

Google+ WhatsApp ok.ru