Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

-- 62 nəfər itkin düşmüş hesab edilir.

Tayvanın Xualyan bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
 
Maide.Az "APA" agentliyinə istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlə əlaqədar yaradılan operativ qərargahın yaydığı açıqlamada bildirilir.
 
Məlumata görə, zəlzələ nəticəsində 265 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 62 nəfər itkin düşmüş hesab edilir.
 
Qeyd edək ki, fevralın 6-da Xualyanda 6,5 bal gücündə zəlzələ baş verib.  Güclü zəlzələdən sonra bölgədə təkrar yeraltı təkanlar davam edir.
 

Google+ WhatsApp ok.ru