Tbilisi aeroportu bu gündən xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportu cari ilin martın 1-dən iyulun 1-dək gün ərzində yerinə yetirilən aviareyslər üçün xüsusi xidmət qrafiki üzrə fəaliyyət göstərəcək.
 
Bu barədə aeroport administrasiyasının yaydığı məlumatda deyilir.
 
"Uçuş-eniş zolağının rekonstruksiyası səbəbi ilə qeyd edilən müddətdə gün ərzində reyslərin yerinə yetirilməsi dayandırılır. Əvəzində gün ərzində yerinə yetirilməli olan reyslər gecə yerinə yetiriləcək. Qrafikə əsasən, 1-27 mart ərzində 09:30-dan 15:00-dək, martın 27-dən iyulun 1-dək 10:00-dan 20:00-dək yerinə yetirilməli olan reyslər gecəyə keçirilir", - deyə məlumatda qeyd edilib.
 
Qeyd edək ki, hazırda Tbilisi aeroportuna 30 şirkət aviareys yerinə yetirir.(apa)

Google+ WhatsApp ok.ru