Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb 10 Avqust 2017 01:00 Dünya Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb. Sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Hava limanında sərnişinlərin sıxlığı yaranıb. Hava limanından bildiriblər ki, problem elektron qeydiyyat sistemində yaranıb və buna səbəb hava limanının yeni terminalında aparılan işlərdir. Texniki problemə baxmayaraq, hava limanında heç bir reys ləğv olunmayıb. Elektron qeydiyyat sistemində problemin tam aradan qaldırılması üzrə işlər davam etdirilir. (apa) / Teqlər : #Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Telafer yaxınlığında ABŞ-a məxsus hərbi baza tikilir Səudiyyə və İraq arasında - Mühüm görüş
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO