Tbilisi Cümə məscidində Qurani-Kərim müsabiqəsi keçirilib

Dünən Tbilisi Cümə məscidində il ərzində keçirilən Quran kurslarının öyrənciləri arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış keçirilib. İki mərhələdən ibarət yarışda ölkənin müxtəlif yerlərindən 50-yə yaxın gənc yeniyetmələr hakimlər qarşısında özlərini sınayıblar. 
Maide.az xəbər verir ki, yarışdan öncə Hz.Məhəmməd Peyğəmbərin (s) vəfatı və əziz nəvəsi Hz.İmam Həsənin (ə) şəhadəti münasibəti ilə mərasim keçirilib. Anım mərasimində Quran tilavətindən sonra məsumların həyatı haqda söhbət olunub, mərsiyə deyilib, şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb. 
Sonra yarışmada finala vəsiqə qazanan 11 iştirakçı kürsüdə tamaşaçılar qarşısında Quranı tilavət ediblər. Yarışda qalib olan 4 nəfər və müəllimləri Hz. Peyğəmbərin (ə) mövlud günü mərasimində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar. 
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov hesab edir ki, “Quran yaışması və kitaboxuma yarışlarının Gürcüstanda yaşayan müsəlmanların Quranla və dinlə daha yaxından tanış olmalarına müsbət təsir göstərir, gənclərin dini öyrənmələrinə həvəsləndirmiş olur”.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru