Tbilisi `Cümə` məscidində bayram namazı qılındı

Tbilisi `Cümə` məscidində bayram namazı qılındı

Bu gün səhər saat 9 da Tbilisi Cümə məscidində bayram namazı qılınıb,  xütbələr oxunub.
 
Maide.Az xəbər verir ki, namazdan öncə BGMİnin şeyxi ölkə və dünya müsəlmanlarının bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.
 
Ölkəyə və dünyaya və xüsusi ilə İslam aləminə sülh, barış, həmrəylik, əmin amanlıq, bolluq və firavanlıq arzuladı. Yola saldığımız aydakı oruc, namaz və digər ibadətlərin qəbul olması və gələcək Ramazanların qismət olması üçün dualar etdi.
 
Qeyd edək ki, bu gün Gürcüstan paytaxtının digər iki məsciddə və ölkənin müsəlmanlar yaşayan rayon və kəndlərində də bayram namazları qılınıb, Moizələr olundu və kasıb, fəqirlərə toplanan fitrə zəkatlarından yardımlar edilib.
 
 

Google+ WhatsApp ok.ru