Tbilisidə İslam Peyğəmbərinin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti mərasimlə yad edildi - FOTO

Dünən Tbilisi Cümə məscidində bölgələrdə təyin olunan din xadimlərinin ümumi yığıncağından sonra insanların ən şərəflisi İslam Peyğəmbəri Hz. Məhəmmədin (s) vəfatı və cənnət cavanlarının ağası İmam Həsənin (ə) şəhadəti günü ilə əlaqədar mərasim təşkil olunub.
 
Maide.az xəbər verir ki, mərasim Quran tilavəti, dini söhbətlər, qəsidə və mərsiyə ilə günorta azanınadək davam etdi. Camaat namazından sonra ehsan süfrəsi açıldı, dualarla sona yetib. 
 
Qeyd edək ki, Peyğəmbərimizin təvəllüdünü məzhəbindən aslı olmayaraq birgə vəhdət şəkilində qeyd edən Gürcüstanın din xadimləri vəfatı ildönümündə də bu adətə əməl edərək ümməti olduğumuz O şərəfli şəxsiyyəti birgə əzəmətlə yad ediblər.
 
Onu da qeyd edək ki, ölkənin bir neçə şəhər və rayonlarında da mərasimlər təşkil olunur. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru