Tbilisidə `Vəhdət həftəsi` münasibəti ilə tədbir keçirilib

Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkə payataxtı Tbilisidə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüdü münasibəti ilə bayram tədbiri keçirilib.
Maide.az xəbər verir ki, tədbir Qurandan ayələrin tilavəti ilə başladıqdan sonra,  ilahiyyatçılar çıxış etdi və müsəlmanları təbrik edərək, çıxışlarında məsumların həyatından,  insanlığa verdiyi dərs, öyüd və nəsihətlərindən söhbət açdılar. Hz. Məhəmmədin (s) ümməti hesab olunan müsəlmanlarınbərabər olmalarını və Onu gözəl davranış, xasiyyət və dürüst əməllərilə layiqincə təmsil etmənin vacibliyin dandanışdılar.
Bayram süfrəsi ətrafında keçən mərasimin bədii hissəsində lahilər qrupunun ifasında biri-birindən gözəl ilahilər və qəsidələr səsləndirildi.
Sonda bu ayda keçirilən Quran yarışmasının qaliblərinə və onların  müəllimlərinə Fəxri Fərmanla birgə Qurani-Kərim, kompüter, tablet və fotoaparatlar hədiyyə edildi. Eyni zamanda öncədən din xadimləri arasında keçirilən səsvermə zamanı səs çoğluğu qazanan ilk 10 nəfər din xadiminə ailələri ilə birgə Məşhəd ziyarəti hədiyyə olundu və İdarə tərəfindən dini məsuliyyətlərini müntəzəm və layiqincə yerinə yetirdikləri üçün Fəxri Fərmanla təltif edildilər.  /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru