Tbilisidə “Gürcüstanda İslam” mövzusunda konfrans keçirilib

 
Tbilisidə  “Gürcüstanda İslam - dövlət siyasəti və bölgələrin baxışı” adı altında konfrans keçrilib.
Maide.az xəbər verir ki, konfransda ölkənin tanınmış şərqşünasları, filosof və elm adamları, bölgələrdən din xadimləri, Avropa hüquq müdafiə təşkilatları, yazıçı və media nümayəndələri iştirak edib. 
7 saat sürən konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, şərqşünaslar, elm adamları və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri çıxış edərək İslam dininin sülh və barış dini olduğundan, İslamın terrorun əleyhinə olmasından, radikal ekstremist qruplaşmaların yaranma səbəblərindən, Qafqazda İslamın tarix və inkişafından və s. mövzularda çıxışlar edildi. Gürcüstanda İslam dininin vəziyyəti, müsəlman icmasının problemləri və nəaliyyətləri haqda açıq fikir mübadiləsi aparıldı.
Konfransda Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov ilk öncə təmsil etdiyi dini İdarənin strateji planını və fəaliyyət proqramını açıqladı, sonra isə dövlətə təkliflərlə çıxış edib. /
 
 

Google+ WhatsApp ok.ru