Tbilisidə Məbəs bayramı münasibəti ilə tədbir keçirilib

Tbilisidə “Əhlibeyt” adına məsciddə Məbəs bayramı ilə əlaqədar mərasim təşkil olunub.
Maide.Az xəbər verir ki, ötən gün Tbilisidə Poniçala qəsəbəsində yerləşən Əhlibeyt adına məsciddə axşam namazından sonra Məbəs bayramı ilə əlaqədar mərasim keçirilib.
Mərasim  Quran tilavəti  ilə başlayıb, sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əhlibeyt adına Məscidin axundu Hacı Rahid Kərimov çıxış edərək Məbəs bayramı ilə əlaqədar möminləri məlumatlandırdı, Hz. Peyğəmbərin fəzilət, məqam, risalət və sifarişləri barədə söhbətlər etdilər.
Mərasimdə  həmçinin  Hz. Peyğəmbərin (s) şəninə qəsidə və ilahilər söylənildi.  Mərasim bayram süfrəsi və dua ilə sona çatdı.
 

Google+ WhatsApp ok.ru