Tbilisidə Məhərrəm ayının  başlanması ilə əlaqədar  din xadimləri ilə toplantı keçirilib - FOTO

Tbilisidə Məhərrəm ayının başlanması ilə əlaqədar din xadimləri ilə toplantı keçirilib - FOTO

Bu gün Məhərrəm ayının gəlişi ilə bağlı Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə toplantı keçirildi.
 
Maide.Az xəbər verir ki, Məşədi Vidadi Qurbanovun Qurandan ayələr tilavət etməsi ilə başlayan toplantıda öncə Məhərrəm ayının başlanması münasibətilə baş sağlığı verildi. Sonra çıxış edən  BGMİnin şeyxi Hacı Ramin İgidov və Marneulinin baş axundu imam cümə Hacı Əziz Nəbiyev din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin haqda müəyyən tövsiyə və fikirlərini çatdırdı.
 
Hacı Ramin din xadimlərinə İdarənin gördüyü işlər və Məhərrəmlik üçün nəzərdə tutulan proqramlar haqda məlumat verib, ruhnilərin təklif və fikirlərini dinlədi. Ehtiyacı olan məscidlərə səsgücləndiricilər hədiyyə edildi. 
Eyni zamanda İmam Hüseyni (ə) tanıtdıran və Kərbəladan alınan dərslər adlı yeni iri tirajda nəşr olunan iki infoqrafik posterlər və yeni çap olunmuş digər dini kitablar din xadimlərinə təqdim olundu.
 
Qeyd edək ki, çapda olan “Quranla tanışlıq” kitabı və “İman” jurnalının 97-ci sayı xüsusi buraxılış olaraq yaxında din xadimləri vasitəsi ilə oxuculara təqdim olunacaqdır.
 
 
 

Google+ WhatsApp ok.ru