Tbilisidə `Sağlam ailə və sağlam cəmiyyət” mövsuzunda elmi konfrans keçirilib - FOTO

Tbilisidə `Sağlam ailə və sağlam cəmiyyət” mövsuzunda elmi konfrans keçirilib - FOTO

Martın 19-da Gürcüstanın paytaxtı Tbilisidə Həzrəti Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə ailə mövzusunda “Sağlam ailə və sağlam cəmiyyət” adında elmi konfrans keçirildi.
 
Maide.Az xəbər verir ki, konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkədə səfərdə olan Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi, din alimləri, elm və ictimaiyyət nümayəndələri iştirak edib.
 
Qurani Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan din xadimi Vidadi Qurbanov, keçirilən elmi konfransın əhəmiyyətindən danışaraq bu mövzunun bu gün də dünyada və ölkədə aktual olduğunu bildirdi. 
 
Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Hacı Beqlar Kamaşidze, azərbaycanlı din alimi Ayətullah Kazim Siddiqi və Məhəmməd Baqir Saivər və başqaları çıxış etdi.
 
Çıxışlar zamanı dini qaynaqlara söykənərək sağlam ailənin formalaşmasında mühüm rol oynayan əsaslar, ailənin təməlini qoruyan amillər, yeni ailə qurmağa başlamazdan öncə diqqət olunması gərəkən meyarlar, ailə bağlarını sarsıdan səbəblərin həll yolları və ailənin möhkəmlənməsində cütlüklər arasında sevgi, sayğı, güvən, hüzur və güzəşt kimi amillərin önəminə toxunuldu.
 
Xətiblər qeyd etdi ki, fərdlərdən ibarət olan cəmiyyət ailədə böyüyür, tərbiyə olunur və formalaşır. Böyük cəmiyyətin necə formalaşması kiçik cəmiyyət olan ailədən asılıdır. Buna görə də ailə sağlam və möhkəm olmalıdır. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru