Tbilisidə `Qadına qarşı zorakılığın qarşısının alınmasında dinin rolu` mövzusunda knfrans keçirilib - FOTO

Tbilisidə `Qadına qarşı zorakılığın qarşısının alınmasında dinin rolu` mövzusunda knfrans keçirilib - FOTO

Bu gün Gender bərabərliyi, qadınlara qarşı zorakılıq və ailə zorakılığı məsələləri üzrə idarələrarası komissiya, Gürcüstan Müsəlmanları İdarəsi, “XXI əsr” Birliyi və BMT-nin Əhali Fondunun Gürcüstan ofisi tərəfindən Tbilisidə "Qadına qarşı zorakılığın qarşısının alınmasında dinin rolu" mövzusunda konfrans keçirilib.
 
Maide.Az xəbər verir ki, din xadimləri, dövlət, elm və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda öncə  Gürcüstan Patriarxlığının dinlərarası nümayəndəsi Tea Qoqotişvili çıxış edərək  Gürcüstanda qadına qarşı zorakılq problemlərindən danışıb.
 
O qeyd etdi ki, Gürcüstan hökuməti və bir neçə QHT qadın və qızlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində davamlı fəaliyyət aparır, maarifləndirmə və təlim proqramları həyata keçirir.
 
Konfransda Gürcüstan parlamentinin sədr müavini Giorgi Volski, Gürcüstan parlamentinin Gender bərabərliyi şurasının üzvü Dimitri Tskitişvili, Gürcüstan Daxili işlər nazirliyi, Ədliyyə nazirliyi, Elm və Təhsil Nazirliyi, Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Mazirliyinin əməkdaş və nümayəndələri, BMT-nin əhali fondunun (UNFPA) Gürcüstan ofisinin rəhbəri Lela Bakradze və başqaları çıxış edərək mövcud problemlə bağlı fikirlərini bildirib.
 
Onlar bir çox problemlərin həllində dövlət və cəmiyyətin və eyni zamanda dini icmaların birgə fəaliyyətini olduqca vacib hesab etdilər. Qadın zorakılığı, Erkən evlilik kimi halların və qız qaçırma və qızların sünnəti kimi mənfi ənənənin qarşısını alınması üçün din xadimlərinin də üzərinə böyük məsuliyyətlər düşdüyünü qeyd etdilər.
 
Konfransda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov isə İslam dinində qadının dəyəri haqqında danışıb.
 
Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə Müftisi Hacı Yasin Əliyev çıxışında qadın hüquqlarından danışıb. 
 
Sonda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və bəyanat qəbul olunmaqla yekunlaşıb.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru