Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb

Tbilisidə etiraz aksiyası zamanı 52 nəfər xəsarət alıb

Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.
 
Maide.Az bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.
 
Bu ərəfədə aksiya iştirakçılarına qarşı ikinci dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu məlumatlar rəsmi olaraq hələ təsdiq edilməyib.
 
Qeyd edək ki, ötən gün Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirib. 
 

 

Google+ WhatsApp ok.ru