Tbilisidə aksiyanın dağıdılması zamanı 6 nəfər xəsarət alıb, 37 nəfər saxlanılıb

Tbilisidə aksiyanın dağıdılması zamanı 6 nəfər xəsarət alıb, 37 nəfər saxlanılıb

Gürcüstan parlamenti ətrafındakı aksiyanın dağıdılması zamanı saxlanılan şəxslərin sayı 37 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Polis parlamentin girişini bağlamış etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. 
 
Hadisə yerindən canlı yayımda nümayişçilərin su şırnağı altında qruplar şəklində bir-birinə qısıldığı görünür.
 
Bildirilib ki, aksiyanın dağıdılması zamanı iki polis əməkdaşı və dörd etirazçı xəsarət alıb. 
 
 

 

Google+ WhatsApp ok.ru