Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib

Tbilisidə aksiya iştirakçılarının 10-u həbs edilib

Tbilisi Şəhər Məhkəməsi noyabrın 18-də keçirilmiş mitinqdə saxlanılmış 11 aksiya iştirakçısını hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizlikdə və dələduzluqda təqsirli bilib.

Bu barədə "Report" Gürcüstanın İctimai Yayımının Birinci Kanalının saytına istinadən xəbər verir.

Məlumata görə, 10 nəfər barəsində 5-13 gün müddətində inzibati həbs cəzası çıxarılıb, 1nəfər isə 1000 lari cərimələnib. Məhkəmə daha 25 nəfərin işinə bu gün baxacaq.

Bildirilir ki, məhkəmənin qərarı iclas iştirakçılarının kəskin etirazı ilə qarşılanıb.

Qeyd edək ki, artıq bir neçə gündür Gürcüstanda etiraz aksiyaları keçirilir. 

Google+ WhatsApp ok.ru