Tbilisidə etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaranıb

Tbilisidə etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaranıb

Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar və polis arasında qarşıdurma yaranıb.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı Zaza Saralidze və digər iştirakçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb.
 
Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. O, bütün çətinliklərə baxmayaraq aksiyanı davam etdirəcəyini bildirib.
 
Axşam saatlarında parlamentin qarşısına siyasi partiyaların da liderləri gəliblər.
 
Xatırladaq ki, 2017-ci il dekabrın 1-də kütləvi dava zamanı Tbilisidə 51 nömrəli məktəbin şagirdləri David Saralidze və Levan Dadunaşvili qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olub. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlamentin binası qarşısında bir neçə dəfə kütləvi aksiya keçirilib.
 
Parlamentin məktəblilərin qətli ilə bağlı istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib.
 
 

Google+ WhatsApp ok.ru