Tbilisidə `Uşaqlar Allahı soruşur` mövzusunda yarış keçirilib - FOTO

Tbilisidə `Uşaqlar Allahı soruşur` mövzusunda yarış keçirilib - FOTO

-- Azyaşlılar arasında

Bu gün Tbilisi Cümə məscidində «Din kursları”nda oxuyan azyaşlı şagirdlər arasında “Uşaqlar Allahı soruşur” kitabından olimpiada - yarış təşkil olunub. 
 
Maide.Az  xəbər verir ki, test və yazılı üslübda keçirilən sınaq imtahanında Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən 100-ə yaxın (7-14 yaşlı yaxşı oxuyan) yeniyetmələr suallara cavab verməklə dini bilgilərini sınamış oldular. 
 
Yaxında müsabiqənin qalibləri və onların müəllimələri Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaq.
 
Qeyd edək ki, ötən illərdə də BGMİnin təşkilatçılığı ilə Qurani-Kərimin üzündən düzgün oxunuşu, “Dinimizi öyrənək” və s. kitablardan müsabiqə, rəsm və şeir yarışmaları da təşkil olunmuşdur.
 
Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılmışlar.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru