Tehran-Dəməşq dəmir yolu xətti istifadəyə veriləcək

Tehran-Dəməşq dəmir yolu xətti istifadəyə veriləcək

“Tehran-Dəməşq arasında dəmir yolları ilə səfərlərin  başlaması üçün  danışıqlar aparılır.”
 
Maide.Az xəbər verir ki, bunu Suriya dəmiryolları idarəsinin baş direktoru Məhəmməd Ali  Hasaneyn Mehr agentliyinə müsahibəsində deyib. 
 
M.Hasaneyn qeyd edib ki, “Al-Tanf” dəmir yolu xəttinin İran dəmir yolu xəttinə birləşdirilməsi üçün  müzakirələr aparılır.  “Suriya qüvvələrinin  səyi və İranla  məsləhətləşmələr nəticəsində  ölkə ərazisi terrorçuların işğalından təmizlənib.  Hazırda Suriyada dəmir yollları xətlərinin bərpası üçün səylər göstərilir”. 
 
O qeyd edib ki, biz öz dəmir yolu xəttimizin İran dəmir yolları xətlərinə birləşdirilməsi üçün  tez bir zamanda işlərə başlayacağıq.

Google+ WhatsApp ok.ru