Tehran və Təbrizdə Cümə namazı sonrası iğtişaşçılar əleyhinə aksiyalar keçirilib-VİDEO

Tehran və Təbrizdə Cümə namazı sonrası iğtişaşçılar əleyhinə aksiyalar keçirilib-VİDEO

-- Ardıcıl olaraq 3-cü gündə iğtişaşçılara qarşı kütləvi aksiyalar keçirilib

Bu gün İranın Tehran əyalətinin bütün şəhərlərində Cümə namazından sonra ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib. 
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, iştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.
 
Qeyd edək ki, bu gün cümə namazından sonra İranın müxtəlif şəhər və rayonlarında ardıcıl olaraq 3-cü gündə iğtişaşçılara qarşı kütləvi aksiyalar keçirilib.
 
Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub. Etirazçılar ABŞ İsrail və Səudiyyə Ərəbistanı əleyhinə şüarlar səsləndirilib.
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru