Tehranda 17 mərtəbli ticarət mərkəzi yanğından sonra çöküb, 30 nəfərin həlak olduğu ehtimal edilir - FOTO/VİDEO - YENİLƏNİB

Tehranda 17 mərtəbli ticarət mərkəzi yanğından sonra çöküb, 30 nəfərin həlak olduğu ehtimal edilir - FOTO/VİDEO - YENİLƏNİB

*** 15: 20
 
Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.
 
Dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.  
 
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. 
 
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.
 
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib. (apa) 
 
 
***
Tehranın çoxmərtəbəli binada yanğın olub, nəticədə bina çöküb.
 
Türkiyə səfirliyinin qarşısında yerləşən “Plasko” binasında yanğın saat 08:00 radələrində başlayıb.
 
Yanğını söndürmək üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub, nəticədə yanğın söndürülüb. Lakin bir neçə dəqiqə sonra yenidən yanğın başlayıb və binanın çökməsinə səbəb olub. Yanğın zamanı 35 nəfər xəsarət alıb.
 
Qeyd edək ki, 17 mərtəbəli “Plasko” Tehranda tikilmiş ilk çoxmərtəbəli binadır. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Binanın çökməsi nəticəsində yanğınsöndürənlərdən 30 nəfərin dağıntılar altında qaldığı bildirilir. İran mətbuatı onların həlak olduğu barədə yazır. 
 
Yanan binanın ətrafında yerləşən səfirliklər boşaldılıb. (apa) 
 
 
Maide.Az xəbər verir ki, xilasetmə işlərinə iranlı silahlı qüvvələridə cəlb olunub. 
 
20 yanğınsöndürən müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. Tehranda bütün xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib.
 
İran KİV-lərinin məlumatına görə, 30 yanğın söndürənin dağıntılar altında qaldığı təsdiqlənib. Həmçinin bildirilir ki, çox sayda insan bina çökməmişdən öncə  ticarət mərkəzinin birinci və ikinci mərtəbəsində olub. Onların da dağıntılar altında qaldığı ehtimal olunur. Bununla da bağlı dəqiq say bilinmir. /
 
Image result for Tehran plasco
 
Related image
 
Image result for Tehran plasco
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru