Tehranda Myanmar və Fələstin müsəlmanlarına dəstək askiyası keçirilib - FOTO

Tehranda Myanmar və Fələstin müsəlmanlarına dəstək askiyası keçirilib - FOTO

Tehranda cümə namazından sonra müsəlmanların qətliamını pisləmək məqsədi ilə genişmiqyaslı etiraz aksiyası keçirilib.
 
Maide.İnfo “tasnim” saytına istinadən xəbər verir ki, etiraz aksiyasında beynəlxalq qurumların və insan hüquqları iddiaçılarının işğalçı sionist rejiminin Qüdsdə "əl-Əqsa" məscidinin işğalı və Myanmarda müsəlmanların qətliamı qarşısında sükutunu pisləyib.
 
Etiraz aksiyasında bəyanat qəbul olunub və İran xalqı ölkənin Xarici İşlər Nazirliyindən istəyib ki, bu cinayətlər qarşısında İran xalqının etirazını beynəlxalq qurumların qulağına çatdırsın. 
 
Etiraz aksiya iştirakçıları həmçinin Amerikanın İrana qarşı yeni sanksiyaları pisləyib. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru