Tehranda baş vermiş iki insident zamanı 33 nəfər yaralanıb - YENİLƏNİB

Tehranda baş vermiş iki insident zamanı 33 nəfər yaralanıb - YENİLƏNİB

İranın Təcili Tibbi Yardım Xidməti  İmam Xomeynin türbəsində və Parlamentdə baş vermiş atışma nəticsəində yaralanan şəxslərin adlarını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, hər iki atışmada  33 nəfərin yaralandığı və onlardan 2 nəfərin xəstəxanada  öldüyü bildirilir.  
 
Yaralılar Tehranın müxtəlif xəstəxanalarına yetişdirilib. Yaralılar arasında  qadınlarda var.                        
 
 
***
 
İranın təhlükəsizlik Nazirliyi elan edib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Terror dəstələrindən bir qrupu hər hansı bir iş görməmişdən öncə zərərsizləşdirilib. 
 
Maide.Az xəbər verir ki, Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər verməyi istəyib. 
 
İran Tehran əyalətinin başçısı isə elan edib ki, hazırda Tehranda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.                        
 
İran parlamentinin binasının daxilində partlayış baş verdiyini bildirir. Partlayış parlament binasının 4-cü mərtəbəsində baş verib. Bildirilir ki, binanın daxilində olan terrorçulardan ikisi özünü partladıb. 
 
Həmçinin bildirilir ki, terrorçular parlament binasının pəncərələrini açıb küçədəki insanlara atəşə tutub. Nəticədə 8 nəfər yaralanıb. 2 nəfər həlak olub. 

Google+ WhatsApp ok.ru