Tehranda Beynəlxalq Quran sərgisi təhlükəsizliyə görə bağlandı

Tehranda Beynəlxalq Quran sərgisi təhlükəsizliyə görə bağlandı

Tehranda keçirilən beynəlxalq Quran sərgisi təhlükəsizliyə görə bu gün bağlı olacaq. 
 
Maide.Az xəbər verir ki, Tehran şəhər təhlükəsizlik şurasının istəyi ilə Ramazan ayının əvvəllərindən Tehranda keçirilən beynəlxalq Quran sərgisi bu gün bağlı olacaq. 
 
İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari deyib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olub: “Onlar içəri girən kimi atəş açmağa başlayıb. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Onun sözlərinə görə, terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulub”.
 
H.Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb.
  
Əməliyyat başa çatıb və hər 4 terrorçu zərərsizləşdirilib. Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri Əli Laricini hadisə yerinə baxış keçirib. Tehranda baş vermiş terror hadisələrində 12 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb. 
 
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olmuşdu. /

Google+ WhatsApp ok.ru