Tehranda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının beynəlxalq yükdaşımalara həsr olunan XI konfransı keçiriləcək

Tehranda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının beynəlxalq yükdaşımalara həsr olunan XI konfransı keçiriləcək

Oktyabrın 2-3-də Tehranda Dəmir Yollarının Əməkdaşlıq Təşkilatının beynəlxalq yükdaşımalara həsr olunan XI konfransı keçiriləcək.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, konfransda Çin, Rusiya, Şərqi Avropa və bir sıra Asiya dövlətlərinin dəmir yolları təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Konfransda Asiya və Sakit Okean regionu ölkələrinin Avropaya yük göndərmək potensialı, konteyner yüklərinin daşınması təcrübəsinin paylaşması, yükdaşımalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər müzakirə ediləcək.
 
Konfransda, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində atılan addımlar, iştirakçı ölkələrin potensialı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
 
Konfransda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astar hissəsində tikinti prosesinin gedişi də müzakirə olunacaq. İştirakçı dövlətlərin nümayəndələri inşaat işləri ilə tanış olmaq üçün tikinti ərazisinə də səfər edəcəklər.
 
Qeyd etmək lazımdır ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Cənub-Şərqi Asiya dövlətlərini Avropa ölkələri ilə əlaqələndirəcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Sakit Okean sahilindəki Çabaha və Fars Körfəzindəki Bəndər-Abass limanlarına buradan isə dəmir yolu ilə Azərbaycan üzərindən Rusiya və Avropa ölkələrinə daşınacaq.
 

Google+ WhatsApp ok.ru