Tehranda Fransa səfirliyi qarşısında aksiya keçirilib - FOTO

Tehranda Fransa səfirliyi qarşısında aksiya keçirilib - FOTO

Fransanın Tehrandakı səfirliyi qarşısında tələbələrin və İran ictimaiyyətinin nümayəndələrinin etiraz aksiyası keçirilib.
 
Maide.Az xəbər verir ki, Tehran Universitetinin tələbələrinin təşkil etdiyi aksiyaya minlərlə iranlı qoşulub. Aksiya iştirakçıları Fransa hökumətindən “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının yayılmasına son qoyulması tələb edilib.
 
Etirazçılar Fransa prezidenti Emanuel Makronun müsəlmanları “separatçı” adlandırmasının da yolverilməz olduğunu bəyan edib.
 
Etirazçılar Fransa səfirinin İrandan çıxarılmasını tələb ediblər. 
 
Aksiya iştirakçıları etirazlarını yazılı şəkildə səfirliyə təqdim ediblər. Etiraz aksiyası insidentsiz başa çatıb.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru