Tehrandakı terror əməliyyatının ilk görüntüləri yayılıb – VİDEO

Tehrandakı terror əməliyyatının ilk görüntüləri yayılıb – VİDEO

Ötən gün Tehranda İmam Xomeyinin (r.ə) hərəmində və İran parlamentində baş vermiş terror əməliyyatının görüntüləri yayımlanıb.  
 
Maide.İnfo iribnews-a istinadən xəbər verir ki, terrorçular 5 nəfər olub. Onlardan 2 nəfər İmam Xomeyinin (rə) hərəmində, 3 nəfər isə İran parlamentində əməliyyat keçirib. 
 
İran Təhlükəsizlik Nazirliyi iyunun 7-də Tehranda terror aktları törədən şəxslərlə bağlı bəzi məlumatlar açıqlayıb.
 
O deyib ki, İmam Xomeyinin türbəsi və parlament binasında terror törədənlərin şəxsiyyəti müəyyənləşdirilib: "Vəhhabi və təkfirçi qruplara bağlılığı olan 5 nəfər İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak edib. Qeyd olunan ünsürlər 2016-cı ilin avqust ayında "Əbu Aişə" adlı İŞİD komandirinin tabeleyində İrana daxil olublar. Ölkənin şəhərlərində bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb".
 
İranlı nazir deyib ki, bu ilk  terror layihəsi deyil son 2 ildə  100-dən çox  terror layihəsi  zərərsizləşdirilib.  “Son ay və son günlərdə  terrorçular tərəfində güclü basqı var idi.  Belə ki, demək olar hər həftə t 2-3 nəfərlik qruplar və ya şəxsləri müəyyən edib zərərsizləşdirirdik.  
 
 
Qeyd edək ki, xarici işlər naziri Cavad Zərif terrorçuların İran vətəndaşı olduqlarını açıqlayıb.
 
Ötən gün baş vermiş  terror aktında 17 nəfər şəhid olub, 40-a yaxın insan yaralanıb. /

Google+ WhatsApp ok.ru