Tehranda milyonlar Qasım Süleymani və şəhidləri son mənzilə yola saldı - FOTO

Tehranda milyonlar Qasım Süleymani və şəhidləri son mənzilə yola saldı - FOTO

İranın paytaxtı Tehranda General Qasim Süleymani və digər şəhidlərlə vida üçün izdihamlı vida mərasimi keçirilir. 
 
Maide.az xəbər verir ki, insanlar səhər saatlarından  şəhid general Qasim Süleymani ilə vidalaşmaq üçün  Tehran universitətinə axın edib.  Ayətullah Xamenei cənazə namazı qılarkən göz yaşlarını saxlaya bilməyib. Namaza toplaşmış milyonlar da göz yaşları içərisində namazı qılıb.
 
Cənazə namazının qılınmasından sonra Tehranın İnqilab küçəsindən Azadi meydanına doğru vida yürüşü keçirilib. Yürüş iştirakçıları əllərində  Qasim Süleymani və digər şəhidlərin şəkilərini tutaraq “Amerikaya ölüm”,   “İsrailə ölüm”,  “İngiltərəyə ölüm”  şüarı səsləndirib.
 
Bəzi təhlilçilərin  fikrincə son 25 il ərzində belə izdihamlı yürüş keçirilməyib.
 
Qeyd edək ki,  Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi Qum şəhərinə göndərilib. Burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.
 
Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfdə Vadius-Salam qəbiristanlığında dəfn ediləcək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru