Tehranda qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb - YENİLƏNİB-  FOTO/VİDEO

Tehranda qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb - YENİLƏNİB- FOTO/VİDEO

(08: 10 - İranın Qırmızı Aypara Cəmiyyətinin sədrinin sözləri əlavə olunub) 
 
Ehtimal olunur ki, təyyarədə heç kim sağ qalmayıb. 
 
Maide.Az bildirir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Murtəza Səlimi deyib. 
 
Onun sözlərinə görə, yanğın güclü olub və hazırda xilasetmə işləri davam etdirilir. 
 
Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 180 sərnişin və ekipaj üzvinin olduğu bildirilir. 
 
 ****
Ukrayna hava yollarına məxsus təyyarə İmam Xomeyni adına hava limanından uçduqdan az sonra  hava limanının yaxınlığında yerləşən Pərənd bölgəsində qəzaya uğrayıb. 
 
Maide.Az İranın Mehr agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, Tehrandan  Ukraynanın paytaxtı Kiyevə uçan təyyarədə 180 sərnişin olub. 
 
“Boinq 737” tipli təyyarənin qəzaya düşməsinə səbəb texniki nasazlıq olduğu bildirilir.  
 
 

Google+ WhatsApp ok.ru