Tehranda təyyarə qəzaya uğrayıb, 40 nəfər həlak olub- Yenilənib- Foto

 İranın paytaxtı Tehranın Mehrabad hava limanının şimalında Tehrandan Təbəs şəhərinə uçan sərnişin təyyarəsi qəzaya uğurayıb. Bu barədə Trend İranın tasnimnews xəbər saytına istinadən məlumat verir.

İlkin məlumata əsasən, təyyarədə olan 40 sərnişinin hamısı həlak olub.

Trend-in məlumatına görə, Fars agentliyi isə xəbər verir ki, təyyarədə 50 sərnişin olub.

Hava gəmisinin "Sepahan" aviaşirkətinə məxsus olduğu bildirilir.

İran Hava Yollarının rəsmi nümayəndəsi Sarominin sözlərinə görə, "AN-140" markalı təyyarədə olan sərnişinlərin sayı dəqiqləşdirilir.

İranın Hava Limanları Şirkətinin direkrotu Məhəmməd Əli İlxani Fars agentliyinə deyib ki, təyyarədə 8 ekipaj və 40 sərnişin olub.

Sərnişinlərdən 3-ü körpə, 3 nəfəri isə 12 yaşadək uşalqar olub.

Onun sözlərinə görə, təyyarə tamamilə dağıldığı üçün sərnişinlərin sağ qalması ehtimalı azdır. İki-üç yaralı xəstəxanaya yeçatıdırlıb ki, onların da vəziyyəti çox ağırdır /

 

Google+ WhatsApp ok.ru