Tehranda təyyarə təcili eniş edib

İranın Mahan hava yollarına məxsus Boinq 747 tipli təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş edib. 
Maide.az xəbər verir ki, təyyarə Tehrandan Bəndər Abbas şəhərinə uçmaq məqsədi ilə Mehrabaddan qalxdıqdan sonra, havada onun motorlarından birində nasazlıq yaranıb və ona görə, geri dönərək təcili eniş edib. 
Məlumata görə, bu hadisə zamanı sərnişinlərdən xəsarət alan olmayıb /
 

Google+ WhatsApp ok.ru