Tehranda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçiriləcək

Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin növbəti iclası Tehranda keçiriləcək.  
 
Maide.az İran səfirliyinə istinadən xəbər verir ki, iclasda iştirak etmək məqsədi ilə Azərbaycan Nəqliyyat naziri Ziya Məmmədov dekabrın 22-də Tehrana səfər edəcək.  
 
Məlumata əsasən, Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclasında 5 ölkə arasında dəmir yolu, gəmiçilik,  yük daşımaları və  sərnişinlərin gediş-gəlişi üçün şəraitin yaxşılaşdırılması , yarımçıq yolların təkmilləşdirilməsi və güzəştlərin tətbiqi kimi məsələlər müzakirə olunacaq. 
 
Z.Məmmədov səfər çərçivəsində iranlı həmkarları ilə şimal-cənub dəhlizinin təkmilləşdirilməsi və Astara-Astara dəmir yolunun tikilməsi məsələsini müzakirə edəcəklər. /
 

Google+ WhatsApp ok.ru