Telefonunuzda bu funksiyanı söndürməsəniz... ARAŞDIRMA

Yüksək texnologiyalar dünyasında  özümüzü nə qədər inkişaf etmiş  hissə etsək də, əslində bir o qədər zəif oluruq.
 
Paradoksdur, deyilmi? Ancaq smartfon, ya iPhone alarkən, sosial şəbəkələrdə akkauntları qeydiyyatdan keçirdikdən sonra, biz özümüz də istəmədən  şəxsi məlumatlara giriş qapısını açırıq. Telefon - casus üçün əsl tapıntıdır.
 
FaktXeber.com olaraq sizlərə bunun necə baş verdiyini və bunun qarşısını almaq üçün nə etməli olduğunuzu araşdırdıq.
 
Sən demə, elektron dostumuz hər bir addımımızı izləyir və hər bir hərəkətimiz barədə məlumat ötürə bilir: harda olmuşuq, tarix və saat… Bu möcüzə funksiya  «Frequent locations» («Mütəmadi istifadə olunan ünvanlar») adlanır. O, məxfilik tənzimləmələrinin  dərinliklərində qorunur.
 
Nyu-York polis detektivi və mühafizə sistemləri üzrə ekspert  C.Brosnanın sözlərnə görə, «Frequent locations» hüquqmühafizə orqanları üçün əsil pandora qutusudur. Qoşulmuş funksiya müstənqtiqlər üçün  çox əlverişlidir. Çünki  geolokasiya  söndürülərsə, faktiki olaraq  şəxsi məlumatlara girişin qarşısı alınır.
 
 
Bəs bu funksiyanı  mobil qurğuda necə söndürmək olar?
 
Bununla bağlı bir neçə tövsiyəni təqdim edirik.
 
Apple istifadəçiləri üçün
 
1. «Tənzimləmələr»ə keç
2. Sonra «Gizlilik ayarları»na keç
3. «Lokasiya xidməti»nə gir
4. «Mütəmadi istifadə olunan ünvanlar»ı («Çastıe adresa»/ Frequent locations) seç və «Söndür» düyməsinə bas
 
Android istifadəçiləri üçün
1. «Tənzimləmələr»ə keçi
2. «Lokasiya»nı seç
3. Ardınca «Google lokasiyasının tənzimləmələri»
4. «Lokasiya xəbərdarlığı»nı və «Lokasiya tarixi»ni seç. Onları bağla.
5. Həmçinin «Lokasiya tarixi»ndə «Lokasiya tarixini ləğv eləmək» düyməsini vura bilərsən.
6. Bu addımı mobil qurğunda hər bir Google akkauntu üçün təkrarla.

Google+ WhatsApp ok.ru